AZ

Şri-Lankada 22 narkokuryer rahib saxlanılıb

Bakı. Trend:

Şri-Lankada Bandaranaik aeroportunda 110 kiloqramdan artıqnarkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən 22buddist rahib saxlanılıb.

Trend bu barədəxarici mediaya istinadla xəbər verir.

Rahiblərdən ibarət dəstə aprelin 25-də gecə saatlarndaTailanddan qayıdarkən hava limanında saxlanılıb.

Hüquq mühafizə orqanlarına öncədən daxil olan məlumat əsasında,onların yükünə hərtərəfli baxış keçirilib və nəticədə çantalarıngizli yerlərində ümumilikdə 112 kiloqram narkotik vasitəaşkarlanaraq müsadirə edilib.

Müsadirə edilmiş narkotik vasitələrin ümumi dəyəri 1,1 milyardrupiyə (təxminən 3,4 milyon ABŞ dolları) yaxın olub.

Narkotrafikin Camburaliya bölgəsində yerləşən bir məbədin üçrahibi tərəfindən koordinasiya edildiyi güman edilir. İddia olunurki, həmin şəxslər sosial şəbəkələr vasitəsilə əlavə 19 nəfəri də buprosesə cəlb ediblər.

Seçilən
24
az.trend.az

1Mənbələr