İqtisadiyyat naziri Mikayıl Cabbarov inşa edilməkdə olan “Gabala Beverage Company” alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavoduna səfər edib.
Səfər çərçivəsində zavodda aparılan tikinti işlərinin mövcud vəziyyəti ilə tanışlıq olub, layihənin icra mərhələsi və perspektivləri müzakirə edilib. Bildirilib ki, belə layihələr regionlarda iqtisadi fəallığın artırılması, özəl sektorun inkişafının təşviqi və qeyri-neft iqtisadiyyatının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Layihə Azərbaycan Biznesinin İnkişafı Fondu ilə "Georgian Beer Company" Ltd arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında həyata keçirilir. Zavodun fəaliyyətə başlaması regionda sənaye potensialının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və yerli istehsalın artırılmasına töhfə verəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da