AZ

FHN gözlənilən hava ilə bağlı əhaliyə müraciət etdi

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli vəqeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib.

Trend xəbərverir ki, müraciətdə Milli Hidrometeorologiya Xidmətinin məlumatınagörə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü küləkəsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağçaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağıproqnozlaşdırıldığı qeyd edilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlikqaydalarını bir daha xatırladır.

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsiilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə havaşəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərəalmalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel vədaşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır",- deyə müraciətdəqeyd olunub.

Məqalədə:
Seçilən
24
4
az.trend.az

10Mənbələr