AZ

​Aprelin 28-də qaz kəsiləcək -

Balakən rayonunun bəzi kəndlərində qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir. Bildirilib ki, aprelin 28-də saat 09:00-dan etibarən rayonun Katex və Beretbinə kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.Qeyd olunub ki, qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.Sabah saat 10:00-dan etibarən "Rəncbər", "Hacıqabul-2" və "Şirvan Əhali" ölçü qovşaqlarından da qaz təchizatının dayandırılması planlaşdırılır.Salyan Regional Qaz İstismar İdarəsinin yaydığı məlumatda bildirilib ki, qaz təchizatının dayandırılması yaz-yay mövsümü ilə bağlı qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir aparılan müddətdə Hacıqabul rayonunun 5 kəndində - Rəncbər, Navahi kəndi, Stansiya Nəvahi, Pirsaat, Qubalıbaloğlan kəndlərində, 62 qeyri-yaşayış sahəsində (ümumi 2716 abonent), o cümlədən Şirvan şəhərinin bir hissəsinin (ümumi 4705 abonent) qaz təchizatında fasilə yaranacaq.

Seçilən
31
32
metbuat.az

10Mənbələr