AZ

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir (FOTO)

Bakı. Trend:

Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası SilahlıQüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelinrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin vəgörkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanınməzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarətedib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət vəehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunubvə Zəfər abidəsinin önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.VəliyevAzərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və buəlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdəkeçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədədanışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfliəməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənintəhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordugeneralı M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbiəməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlısəfərlərin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilənbirgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularınınpeşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinintəkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlifsahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digərməsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Seçilən
0
29
az.trend.az

10Mənbələr