AZ

Merts Ukraynanın ərazisinin bir hissəsini itirilməsi ilə barışacağını deyir...



Almaniyanın kansleri Fridrix Merts Kiyevin, Rusiya ilə gələcək sülh razılaşması çərçivəsində ölkə ərazisinin bir hissəsinin artıq Ukrayna hakimiyyətinin nəzarəti altında olmaya biləcəyi faktı ilə barışmalı ola biləcəklərini bildirib.

O bildirib ki, Ukrayna hansısa mərhələdə Rusiya ilə sülh müqaviləsi imzalayacaq: “Ukrayna mərhələlərdən birində atəşkəs müqaviləsi, ümid edirəm ki, hansısa mərhələdə Rusiya ilə sülh müqaviləsi imzalayacaq. O zaman elə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq Ukrayna ərazisi olmasın. Prezident Zelenski bunu öz əhalisinə çatdırmaq, əksəriyyətin dəstəyini qazanmaq istəyirsə və bunun üçün referendum keçirmək lazımdırsa, xalqa “Mən sizin üçün Avropaya yol açdım” deməlidir”.

Tahir TAĞIYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr