Almaniya kansleri Fridrix Merts ABŞ-ın İranla müharibədə çıxış strategiyasının olmadığını bildirib. "Əfqanıstan və İraqdakı acı təcrübəni unutmayın", - deyən Merz İranın ABŞ-ı dünyanın gözündə rüsvay etdiyini bildib.
Vaşinqtonun regiondakı strateji vəziyyətinə toxunan Merts, İranın diplomatik və sahə strategiyalarının ABŞ-ı çətin vəziyyətə saldığını iddia edib.
"ABŞ-ın bu müharibədə necə çıxış strategiyası həyata keçirdiyi tamamilə qeyri-müəyyəndir. İran rejimi, xüsusən də İnqilab Keşikçilərinin əli ilə bütün bir millət açıq şəkildə alçaldılır. Vaşinqton dünya ictimaiyyətinin gözündə kiçildilir. Tehran administrasiyası danışıqlar prosesini gözləniləndən daha güclü və məharətlə apararaq onu öz xeyrinə yönləndirməyi bacardı.
Hazırda amerikalıların hansı çıxış strategiyasını seçdiyini görə bilmirəm. İranlıların düşünüləndən daha güclü olduqları ortadadır. İran diplomatları çox məharətlə danışıqlar aparırlar.
Bu cür münaqişələrdə əsas problem həmişə budur: sadəcə içəri girmək kifayət deyil, həm də necə çıxacağınızı bilməlisiniz. Bunu 20 il Əfqanıstanda çox ağrılı şəkildə yaşadılar. Eyni vəziyyəti İraqda da gördük. Hazırda amerikalıların hansı strateji çıxış yolunu seçəcəyini görmürəm.
Hazırda çox mürəkkəb bir vəziyyətdəyik və bu, bizə baha başa gəlir. İrana qarşı bu müharibə iqtisadi məhsuldarlığımıza birbaşa təsir göstərir. Qlobal qeyri-müəyyənliklər və enerji boru kəmərlərindəki risklər iqtisadiyyatımıza birbaşa təsir göstərir" – deyə Almaniya kansleri bildirib.
Tahir TAĞIYEV