Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187, № 3, maddələr 266, 268, №5, maddə 512, № 9, maddələr 845, 868, № 10, maddə 971, № 12 (II kitab), maddə 1261; 2026, №1, maddə 80; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 fevral tarixli 39 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə “2710 12 413 0”, “2710 12 510 1”, “2710 19 426 0”, “2710 19 429 0” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15 (2025-ci il 1 iyun tarixinədək – 0%)” sözləri “15 (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal olunan 205 min ton Aİ-92 benzini və 201 min ton dizel yanacağı üçün – 0%)” sözləri ilə, “2710 19 421 1”, “2710 19 421 9”, “2710 19 422 1”, “2710 19 422 9”, “2710 19 423 1”, “2710 19 423 9”, “2710 19 424 1”, “2710 19 424 9”, “2710 19 425 1”, “2710 19 425 9”, “2710 19 460 1”, “2710 19 460 9”, “2710 19 480 1” və “2710 19 480 9” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal olunan 205 min ton Aİ-92 benzini və 201 min ton dizel yanacağı üçün – 0%)” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “27” “aprel” 2026-cı il
№ 119