AZ

Azərbaycanda uşaqlar üçün sosial media məhdudiyyəti tətbiq olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Dijital baba kimi tanınan yazıçı Orhan Tokerin "Pandemiyada qarşılaşdığımız rəqəmsal zəlzələnin sunami dalğaları hələ yeni başlayır” fikri əslində çox dəqiq təsvir edir ki, bu gün gördüyümüz problemlər keçici yox, dərin və uzunmüddətli transformasiyanın ilkin mərhələsidir".

Bunu Redaktor.az-a Türkiyədə uşaqlar üçün sosial media məhdudiyyəti və Azərbaycanda analoji tənzimləməyə ehtiyac olub-olmaması haqqında danışan marketinq üzrə mütəxəssis Vüsalə Tağıyeva bildirdi. 

Onun sözlərinə görə, bu artıq sadəcə sosial media istifadəsi deyil, yeni bir davranış modeli və bazar reallığıdır:

"Türkiyədə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən qərar da bunu göstərir: məsələ təkcə uşaqların platformaya girib-girməməsi deyil, onların həm istifadəçi, həm də kontent yaradıcısı kimi sistem daxilinə alınmasıdır. Üstəlik, bu yanaşma təkcə Türkiyəyə də aid deyil, ABŞ (Children's Online Privacy Protection Act), Avstraliya, Fransa kimi ölkələr də artıq bu sahədə müxtəlif modelləri sınaqdan keçirir. Yəni dünya artıq eyni nöqtəyə gəlib: uşaqların rəqəmsal fəaliyyəti nəzarətsiz qala bilməz. Eynilə Azərbaycanda da bu kimi qərarın verilməsi bir mənalı olaraq mütləqdir. Amma eyni zamanda təcrübə göstərir ki, tam qadağa işləmir, nəzarətsizlik isə daha böyük risk yaradır. Ona görə ən real və effektiv model nəzarətli azadlıqdır, yəni uşaqlar sistemdən çıxarılmır, amma onların fəaliyyəti, xüsusilə kontent yaratması, aydın və işlək qaydalarla tənzimlənir. Burada valideynin aktiv rolu, platformaların məsuliyyəti və uşağın hüquqlarının qorunması əsasdır. Kontent yaradan uşaqlar artıq sadəcə istifadəçi deyil, rəqəmsal mühitin bir hissəsidir və bu mühit ya idarə olunacaq, ya da öz-özünə riskli şəkildə formalaşacaq. Mən kontent yaradıcısı və marketoloq kimi deyərdim ki, məsələ qadağa qoymaq yox, bu yeni reallığı düzgün idarə etməkdir. “Necə?” deyə soruşsanız, bu isə artıq daha dərin və detallı bir müzakirənin mövzusudur".

NURİYYƏ

Seçilən
45
redaktor.az

1Mənbələr