AZ

Vladimir Putin İranın Ali Rəhbərindən məktub aldığını açıqlayıb

Moskva, 27 aprel, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə İranın Ali Rəhbərindən məktub aldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Rusiya lideri ötən həftə İranın Ali Rəhbəri Müctəba Xameneidən məktub aldığını qeyd edib.

O vurğulayıb ki, Moskva Tehranla strateji tərəfdaşlığını davam etdirmək niyyətindədir, İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun hərəkət edəcək.

Əraqçi İran ilə Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və möhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, İran xalqı xarici təzyiqlərə müqavimət göstərməyə qadirdir və öz maraqlarını müdafiə etməyə davam edəcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
1
azertag.az

1Mənbələr