Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "2024-2026-cı illərdəmaliyyə sektorunun inkişaf Strategiyası" 2025-ci ildə 85,6% icraedilib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Dövr ərzində strategiya çərçivəsində Bank sektoru üzrə icra86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%,ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlımaliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılılığı üzrəicra 85,7% təşkil edib.
2025-ci ildə strategiyada nəzərdə tutulanların tədbirlərin14,4%-nin icrası gecikib.
Bank sektoru üzrə icra gecikməsi 13,7%, sığorta sektoru üzrə20%, kapital bazarları üzrə 15,4%, ödəniş sektoru üzrə 13,5%,rəqəmsal maliyyə üzrə 15,3%, peşəkar inkişaf və maliyyəməlumatlılılığı üzrə icra 14,3% təşkil edib.