AZ

Azərbaycan ilə Çexiya sənaye və investisiya əməkdaşlığı üzrə yeni memorandumlar imzalayıblar

Bakı. Trend:

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti,Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə AzərbaycandaQadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıqmemorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası,Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti,“BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O”arasında isə anlaşma memorandumları mübadilə olunub.

Trendİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu sənədlərinimzalanma mərasimi Azərbaycan-Çexiya biznes forumu çərçivəsində baştutub.

Bildirilib ki, sənədlər sahibkarlığın inkişafına dəstək, biznesfəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyatkimi sahələrdə işbirliyini təşviqini əhatə edir. Vurğulanıb ki,mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığınınmöhkəmləndirilməsinə və şaxələndirilməsinə töhfə verəcək.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl CabbarovAzərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimadvə ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeydolunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi,elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektivinstitusional mexanizm rolunu oynayır. Çexiya Azərbaycanın əsasticarət və ixrac tərəfdaşlarındandır.

Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasınamühüm töhfə verir. Bununla yanaşı, ticarətin şaxələndirilməsiiqtisadi tərəfdaşlığın əsas prioritetlərindəndir. Çexiya iləsənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji,nəqliyyat-logistika və digər istiqamətlər üzrə birgə fəaliyyətingeniş perspektivləri qeyd edilib. Ölkəmizin iqtisadi potensialı,əlverişli işgüzar mühiti, ticarət, istehsal və logistikanıdəstəkləyən investisiya platformaları, həmçinin Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılanimkanlar diqqətə çatdırılıb.

Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarətnaziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisaditərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcudolduğunu vurğulayıb, keçirilən biznes forum və bu qəbildən olantədbirlərin işbirliyinin inkişafında önəmini qeyd edib, birgəfəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərinibölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanıninvestisiya potensialı və iqtisadi imkanları barədə təqdimatlaçıxış edib.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznesdairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinivurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanlarıbarədə danışıb.

Məqalədə:
Seçilən
3
6
az.trend.az

7Mənbələr