Pakistan İranla ticarət əlaqələrini genişləndirmək məqsədilə yeni qərar qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti Pakistanın Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, “İran Tranzit Ticarət Qərarı 2026” adlı sənəd dərhal qüvvəyə minib.
Qeyd olunub ki, qərara əsasən, üçüncü ölkələrdən gətirilən malların Pakistan ərazisindən tranzit yolu ilə İrana çatdırılmasına icazə verilir.
Məlumata görə, bu addım sərhədyanı ticarətin genişləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Bildirilib ki, qərarın icrası üçün Pakistan hökuməti 1950-ci il İdxal və İxrac Nəzarəti Qanununa müvafiq dəyişikliklər edib və bununla tranzit ticarət üçün hüquqi baza yaradılıb.
Qeyd edilib ki, tranzit yalnız Pakistan xaricində istehsal olunan və ölkə ərazisindən keçərək İrana yönələn mallara şamil olunacaq.
Məlumata əsasən, Qvadar, Karaçi və Qasim limanı əsas tranzit mərkəzləri kimi fəaliyyət göstərəcək və bu, logistika əməliyyatlarını asanlaşdıracaq.
Aminə ŞAHSUVARQIZI