AZ

"Hizbullah" İsraili intihar hücumları taktikasına bərpa etməklə hədələyib

Yüksək rütbəli komandir cənubi Livanda İsrail qüvvələrinə qarşı "şəhidlik əməliyyatları"nın bərpa olunacağını bildirib...

Poliqon xəbər verir ki, "Hizbullah" hərəkatının yüksək rütbəli komandiri "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə Livannın cənubunda İsrail qüvvələrinə qarşı mübarizə aparmaq üçün "şəhidlik əməliyyatları" (intihar hücumları) taktikasına qayıtmaq imkanını nəzərdən keçirdiklərini bildirib.

Komandirin sözlərinə görə, bu plan aktiv döyüş zonasında canlı bomba daşıyıcılarının yerləşdirilməsini, İsrail Ordusunun bölmələrinə zərbələr endirilməsini və İsrail ordusunun Livan torpaqlarında möhkəmlənməsinin qarşısının alınmasını nəzərdə tutur.

"Biz 1980-cı illərin taktikasına qayıtmağa və düşmənin sabitləşməsinə imkan verməmək üçün şəhidlik axtaran qrupları aktivləşdirməyə hazırıq", deyə komandir vurğulayıb.

Qeyd edək ki, bu cür müharibə üsulları qruplaşma tərəfindən 1980-ci illərdə fəal şəkildə istifadə olunurdu. Lakin sonrakı dövrdə prioritet raket silahlarının, pilotsuz uçuş aparatlarının (dronların) tətbiqinə və konvensional partizan müharibəsi taktikasına verilmişdi.

"Hizbullah" liderliyinin bu bəyanatı regionda gərginliyin yenidən artması riskini gündəmə gətirir. Müsahibədə komandir qeyd edib ki, İsrail qüvvələrinin Livanın cənubuna mümkün irəliləyişi bu taktiki dəyişikliyə səbəb ola bilər. Eyni zamanda, beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, intihar hücumları taktikasına qayıdış həm Livanda, həm də qonşu bölgələrdə təhlükəsizlik vəziyyətini kəskin şəkildə pisləşdirə bilər.

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr