Bakı. Trend:
Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin(baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdikeçiriləcək.
Trend Dövlətİmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib. Onlardan1858 nəfər Azərbaycan bölməsi, 532 nəfər isə rus bölməsi üzrə ərizəverib.
Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçünödəniş məbləği 60 manatdır.
Xatırladaq ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonragələn iştirakçılar imtahan binasına buraxılmırlar.