AZ

Rubio İranın razılaşma əldə etməkdə ciddi olduğunu deyib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton, 27 aprel, AZƏRTAC

Düşünürəm ki, iranlılar düşdükləri vəziyyətdən çıxmaq məsələsində ciddidirlər.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri “Fox News”a müsahibəsində ABŞ Dövlət katibi Marko Rubio İranın razılama əldə-edib etməməkdə ciddi olmasına dair suala cavabında deyib. O bildirib ki, bu münaqişə başlamazdan əvvəl İranın yaşadığı bütün problemlər hələ də mövcuddur və əksəriyyəti daha pisləşib.

“Düşünürəm ki, onlar özlərinə daha çox vaxt qazanmağın yollarını axtarırlar. Onların bundan yaxa qurtarmasına imkan verə bilmərik. Onlar çox yaxşı danışıq aparandırlar. Biz əldə edilən hər hansı bir razılaşmanın onların istənilən vaxt nüvə silahına doğru qaçmasının qarşısını qəti şəkildə alan bir razılaşma olmasını təmin etməliyik”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
31
azertag.az

10Mənbələr