AZ

Rubio ABŞ-İran razılaşmasının qarşısında duran əsas maneələri sadalayıb

Vaşinqton, 27 aprel, AZƏRTAC

İranın daxildə dərin parçalanmalar ABŞ-İran razılaşmasının qarşısında əsas maneədir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri “Fox News”a müsahibəsində ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, digər bir maneə ABŞ tərəfinin yalnız İran heyəti ilə danışıqlar aparmamasıdır.

“Daha sonra həmin iranlılar nəyə razı ola biləcəklərini, nə təklif edə biləcəklərini, nə etməyə hazır olduqlarını, hətta kimin razılaşmağa hazır olduqlarını müəyyən etmək üçün digər iranlılarla danışıqlar aparmalıdırlar”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
11
3
azertag.az

4Mənbələr