AZ

İran parlamenti Hörmüz boğazı iilə bağlı qanun qəbul edəcək



İran parlamenti işini bərpa etdikdən dərhal sonra Hörmüz boğazından keçmək üçün yeni prosedurlar haqqında qanun qəbul ediləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam Respublikası Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib.

"Hörmüz boğazı təhlükəsizlik planının hüquqi və beynəlxalq aspektlərini nəzərdən keçirmək üçün çoxsaylı görüşlər keçirilib. Bu plan parlamentin açılışından dərhal sonra məcburi qanunvericilik aktı kimi qəbul ediləcək və həyata keçirilməsi üçün hökumətə göndəriləcək",-deyə açıqlamada qeyd edilib.

O qeyd edib ki, İran Mərkəzi Bankı Hörmüz boğazından keçid üçün ödənişləri toplamaq məqsədilə İran rialı, yuanı, dolları və avrosu ilə dörd xüsusi hesab açıb, lakin rəqəmsal valyuta infrastrukturu işə düşdükdən sonra ödənişlər rialla aparılacaq.

Anar
Seçilən
12
1
newscenter.az

2Mənbələr