AZ

TƏCİLİ! Bu iki müsəlman ölkəsi MÜHARİBƏYƏ başladı

İslam dünyasının iki qonşu ölkəsi – Pakistan və Əfqanıstan arasında gərginlik yenidən pik həddə çatıb. Pakistan hərbi qüvvələrinin Əfqanıstanın Kunar vilayətinə endirdiyi ağır raket zərbələri bölgədə vəziyyəti kəskin şəkildə alovlandırıb. Sərhədyanı bölgələrdən gələn məlumatlara görə, raket hücumları zamanı mülki yaşayış məntəqələri ciddi zərər görüb və dinc sakinlər hədəf alınıb.

NOCOMMENT.az xəbər verir ki, iki ölkə arasındakı böhran artıq 2025 və 2026-cı illərdə baş verən hərbi toqquşmalarla açıq müharibə mərhələsinə qədəm qoyub. Gərginliyin kökündə Pakistanın Əfqanıstanı “Təhriki-Taliban Pakistan” (TTP) yaraqlılarını himayə etməkdə ittiham etməsi dayanır. Rəsmi İslamabad iddia edir ki, terrorçu qruplaşmalar Əfqanıstan ərazisindən plasdarm kimi istifadə edərək Pakistanın təhlükəsizliyinə təhdid yaradır. Taliban rəhbərliyi isə bu ittihamları rədd edərək, Pakistanın Əfqanıstan hava məkanında keçirdiyi əməliyyatları suveren hüquqların pozulması və birbaşa təcavüz kimi qiymətləndirir.

Təhlükəsizlik problemləri ilə yanaşı, tərəflər arasında tarixi “Durand Xətti” sərhəd mübahisəsi və Pakistandakı milyonlarla əfqan qaçqının zorla deportasiya edilməsi məsələsi münasibətləri tamamilə çıxılmaz dalana dirəyib. Hazırda sərhəd bölgəsində hərbi hərəkətliliyin artması, iki müsəlman dövləti arasında genişmiqyaslı silahlı münaqişə riskini ən yüksək həddə çatdırıb.

Sara

NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr