AZ

Ağcabədidə qətlə yetirilən iki əmioğludan biri ANAMA əməkdaşı imişVİDEO

10 ildən çox idi övladı olmurdu, yaxın vaxtlarda ata olacaqdı. Amma, bu xoşbəxt günü görmək ona qismət olmadı. Ağcabədidə mübahisə ölümlə nəticələndi

Aldıqları bıçaq zərbəsi ilə ANAMA əməkdaşı olan Şaiq və əmisi oğlu Həsən dünyasını dəyişib. hadisə Ağcabədi rayonunun  Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

30 yaşlı Şaiq Mamedovun dayısı deyir ki, o, ailə qurandan təxminən 10  il sonra  ata olacağını  xüsusi qeyd etmek istəyib. Amma bu ona qismət olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
66
xezerxeber.az

1Mənbələr