AZ

“Microsoft” və “OpenAI” tərəfdaşlıq strukturlarını yenidən nəzərdən keçiriblər

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” və “OpenAI” tərəfdaşlıq strukturlarını yenidən nəzərdən keçiriblər.

Banco.az xəbər verir ki, “Microsoft” ilə “OpenAI” arasında bağlanan razılaşma yenilənərək, süni intellekt təşəbbüsünün müştərilərinə istənilən bulud təminatçısı vasitəsilə xidmət göstərə bilməsinə imkan yaradacaq və gəlir bölgüsünə yuxarı hədd tətbiq ediləcək şəkildə dəyişdirilib.

ABŞ mərkəzli texnologiya nəhəngi “Microsoft” süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan “OpenAI” ilə mövcud razılaşmasında dəyişiklik edib.

“Microsoft” tərəfindən verilən açıqlamada bildirilib ki, yenilənmiş razılaşma hər iki şirkətə yeni imkanları dəyərləndirmək baxımından daha böyük çeviklik qazandıracaq.

Açıqlamada razılaşmanın detalları da qeyd olunaraq vurğulanıb ki, “Microsoft” “OpenAI” üçün əsas bulud tərəfdaşı olaraq qalmağa davam edəcək. Bildirilib ki, “Microsoft” lazımi xüsusiyyətləri təmin edə bilmədiyi və ya təmin etməyi seçmədiyi hallar istisna olmaqla, “OpenAI” məhsulları ilk növbədə “Azure” üzərindən istifadəyə təqdim ediləcək.

Açıqlamada həmçinin qeyd olunub ki, “OpenAI” artıq bütün məhsullarını istənilən bulud təminatçısı vasitəsilə müştərilərinə təqdim edə biləcək. Bununla yanaşı, “Microsoft” 2032-ci ilə qədər modellər və məhsullarla bağlı “OpenAI” şirkətinin intellektual mülkiyyət hüquqları üzrə lisenziya sahibi olaraq qalacaq. Lakin bu lisenziyanın artıq müstəsna xarakter daşımayacağı da bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
banco.az

3Mənbələr