AZ

​Xərçənglə mübarizə aparan məşhur belə dəyişdi -

Döş xərçəngi diaqnozu ilə müalicə alan tanınmış aparıcı Serap Paköz sosial media paylaşımı ilə diqqət çəkib. Uzun müddətdir ekranlardan uzaq qalan aparıcı, yaşadığı çətin proses barədə izləyicilərini məlumatlandırmağa davam edir. Metbuat.az xəbər verir ki, türkiyəli məşhur xəstəlikdən sonra həyatına fərqli baxmağa başladığını və bu dövrdə ən böyük dəstəyi ailəsindən gördüyünü bildirib. Paköz son paylaşımında ailə üzvləri ilə birlikdə şəhərdən uzaqlaşaraq təbiət qoynuna getdiyini qeyd edib. O, səs-küylü şəhərdən kənarda vaxt keçirərkən sarı çiçəklər topladığını və bu anların ona mənəvi güc verdiyini vurğulayıb. Aparıcı bildirib ki, təmiz hava və yaxınlarının sevgisi yalnız fiziki deyil, həm də ruhən ona yaxşı təsir edir. Paköz xəstəlik dövründə insanın ən böyük dayağının sevdikləri olduğunu vurğulayıb. O, “ruhuna ümid və sevinc dolduğunu” deyərək ailəsinə və dostlarına təşəkkür edib.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və izləyicilərdən çoxsaylı dəstək mesajları alıb.

Seçilən
10
metbuat.az

1Mənbələr