Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaradır.
Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.
Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır.