Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Daşınmaz əmlak bazarında qiymət dinamikasında nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Xüsusilə həyət evləri seqmentində ucuzlaşma tendensiyası daha qabarıq şəkildə özünü göstərir. Buna həm normadan artıq yağan yağışların yaratdığı su basma halları, həm də sənədləşmə ilə bağlı məhdudiyyətlər təsir edir. Nəticədə bazarda alıcı marağı azalır və qiymətlər enmə istiqamətində davam edir.Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, daşınmaz əmlak bazarında ən ucuz seqment əsasən müəyyən risk faktorları ilə seçilən ərazilərdir:"Normadan artıq yağan yağışlardan sonra su basan ərazilərdə qiymətlər daha çox enib. Onsuz da həyət evlərinə tələbat 2023-cü ildə qəbul edilən qərardan sonra azalmışdı. Həmin qərara əsasən, çıxarışı və sənədi olmayan evlərin kommunal xətlərə qoşulmasına məhdudiyyət qoyuldu. Bu isə alıcı marağını zəiflətdi və qiymətlərin enməsinə səbəb oldu.Həmin dövrdən etibarən həyət evlərinə maraq azalırdı, son yağışlar isə bu tendensiyanı daha da gücləndirdi. Subasma halları insanlarda əlavə risk və narahatlıq yaratdı. Nəticədə onsuz da az olan alıcı sayı daha da azaldı. Hazırda bazarda ən ucuz əmlak növü həyət evləridir. Xüsusilə çıxarışı olmayan evlərdə qiymət enişi daha qabarıq görünür".Ekspert bildirib ki, kmmunal xətlərə qoşulmuş olsa belə, sənədsiz evlərə maraq aşağıdır:"Bu seqmentdə qiymətlər daha sürətlə enir. Ümumilikdə bazarda bu tendensiya davam edir. Ən çox qiymət enişi isə su basma riski olan ərazilərdə müşahidə olunur. Mərdəkan, Xırdalan, Masazır, Sabunçu və Zabrat istiqamətində yerləşən bəzi ərazilərdə bu hallar daha çox qeydə alınıb. Həmin yerlərdə su basmaları qiymətlərə ciddi təsir göstərib. Onsuz da alıcısı az olan bu evlərdə qiymətlər daha da aşağı düşüb. Bəzi hallarda isə alıcı marağı demək olar ki, yox səviyyəsinə enib".O deyib ki, ümumilikdə fərdi evləri iki kateqoriyaya bölmək olar:"Çıxarışı olan və olmayan evlər. Ən böyük qiymət enişi məhz sənədsiz evlərdə və torpaq sahələrində müşahidə olunur. Bu tip əmlaklara maraq hazırda çox zəifdir. Qiymətlərin enməsi əsasən tələbin azalması ilə bağlıdır. Alıcı sayı azaldıqca satıcılar arasında rəqabət güclənir. Bu isə qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxarır. Satıcılar alıcı cəlb etmək üçün qiymətləri endirməyə məcbur olur.Bundan əlavə, Binəqədi və ətraf bəzi ərazilərdə də su basma halları qeydə alınıb. Bu da həmin ərazilərdə qiymətlərin enməsinə və alıcı marağının azalmasına səbəb olub. Ümumilikdə, bazarda ən çox ucuzlaşan əmlaklar su basma riski olan və sənədsiz fərdi yaşayış evləridir", - deyə o qeyd edib. Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.