Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt şəhərinin park və xiyabanlarında, məhəllə və mikrorayon daxili ərazilərində yaşıllıqların mühafizəsi xidmətlərinin satın alınması” layihəsi üzrə tender keçirib.
Sitat.info xəbər verir ki, 489 min manatlıq layihə yaşıllıqlarda yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti əhatə edir.
Layihənin qalibi "UĞUR DEZİNFEKSİYA" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2021-ci ildə təsis olunan şirkətin nizamnamə kapitalı 10 manatdır.
10 manatlıq şirkətə təqribən yarım milyon manatlıq layihənin verilməsi məntiqi baxımdan riskli olmaqla yanaşı, Sumqayıt şəhərində yaşıllıqlarda bu qədər vəsait tələb edəcək hansı yoluxucu xəstəliklərin yayılması da sual doğurur.
Sumqayıt ŞİH-nin də mövqeyini dərc etməyə hazırıq.
Nərgiz Liftiyeva,
Sitat.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.