ABŞ İrana danışıqlar təklif etdi – Tehran qərarını açıqlamağa hazırlaşır
ABŞ-dan İrana yeni danışıqlar təklifi göndərilib.
aia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı açıqlayıb.
O bildirib ki, Tehran hazırda Vaşinqtonun təklifini nəzərdən keçirir. Əraqçının sözlərinə görə, müraciət ABŞ prezidenti Donald Tramp tərəfindən edilib.
İranlı nazir qeyd edib ki, Tehran məsələ ilə bağlı qərarını milli maraqları nəzərə alaraq verəcək.