AZ

Zərifə Əliyevanın ad günündə xatirəsi yad edilibVİDEO

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkılatçılığı əməkdar elm xadimi Zərifə əliyevanın anadan olmasının 103 illiyinə həsr edilən anım tədbiri keçirilib.

Xezerxeber.az xəbər verir ki, rayon ictimaiyyəti, alimlər və ziyalıların iştirak etdiyi tedbirdə Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan Zərifə xanımım həyat və fəaliyyətindən bəhs olunub.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Zərifə xanım Əliyevanın Azərbaycan xanımına xas ən gözəl keyfiyyətləri özündə birləşdirən gözəl və qayğıkeş ana, fədakar və sədaqətli ömür-gün yoldaşı, həm də Azərbaycan tibb elminə böyük töhfələr verən görkəmli alim olduğunu bildirib.

Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

Millət vəkili Samir Vəliyev isə əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanımın geniş elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına mühüm töhfələr verdiyini bildirib.

Bəstəkar, xalq artisti Faiq Sücəddinov isə qeyd edib ki, Zərifə əliyeva onu tanıyanların yaddaşında xoş xatirələrlə qalıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi.

Tədbir maraqlı müsiqi kompozisiyaları ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
50
xezerxeber.az

10Mənbələr