AZ

Sərnişin təyyarəsi qəzaya uğradı 14 ölü

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında “Cessna” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Sudan Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində təyyarədə olan on üç sərnişin və pilot həlak olub.

İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Sərnişinlərdən ikisi Keniya, digərləri isə Cənubi Sudan vətəndaşı olub.

Hadisə yerinə istintaq və xilasetmə qrupları cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
avtosfer.az

1Mənbələr