AZ

"Real Madrid" bombanı partladır: Onun üçün 100 milyonluq təklif

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenin gələcək karyerası ilə bağlı idman dünyasında sensasiyalı xəbərlər yayılmaqdadır.

Fanat.Az xəbər verir ki, məşhur FİFA meneceri Mithat Halis nigeriyalı forvardın "Real Madrid"ə transferinin olduqca real göründüyünü bildirib.

Halis açıqlamasında qeyd edib ki, bu keçidin reallaşması üçün Madrid təmsilçisi 100 milyon avrodan çox vəsaiti gözdən çıxarmalı olacaq.

Hazırda İstanbul klubunda çıxış edən Osimhenin nümayiş etdirdiyi performans Avropa nəhənglərinin diqqətindən kənarda qalmayıb.

Seçilən
48
fanat.az

1Mənbələr