AZ

İsrail prezidenti Türkiyə səmasını keçə bilmədi

İsrail prezidenti İsaak Hersoqun səfəri zamanı diqqətçəkən marşrut dəyişikliyi baş verib.

Musavat.com xəbər verir ki, dövlət başçısının təyyarəsi Türkiyə hava məkanından yayınmaq məcburiyyətində qalıb.

İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, bu səbəbdən alternativ uçuş marşrutu seçilib və nəticədə səfərin müddəti 8 saata qədər uzanıb.

Məlumata görə, İsaak Hersoq Qazaxıstanın paytaxtı Astanaya fərqli istiqamətdən çatıb.

 

Musavat.com

Seçilən
23
15
musavat.com

10Mənbələr