Naftalanda sanatoriyada 70 yaşlı kişinin meyiti aşkarlanıb.
"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Möcüzəli" sanatoriyasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z.Rzaquliyevin olduğu məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn Ş.Rzaquliyev ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız