AZ

Məleykə Abbaszadə yutubda olan müəllimləri tənqid etdi - VİDEO

"Hərdən müəllimlərin, xüsusilə yutubda olan müəllimlərin çıxışlarını izləyəndə mat qalıram". 

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. 

"Müəllim özü etiraf edir ki, mən bu məsələni həll edə bilmirəm, şagird necə həll eləsin? Təsəvvür edirsiz, müəllim deyir ki, "mən bu məsələni həll edə bilmirəm". Bəs sən müəllimsən. Bu, proqram çərçivəsində olan məsələdir. Bir dənə də məsələ yoxdur ki, proqramda olmasın. 30 il ərzində mənə bir məsələ göstərməyiblər ki, bu proqramda yoxdur. Proqramda var, düşünmək lazımdır. Deyirlər, DİM işçiləri özləri bu imtahanları versinlər. İnandırım sizi, imtahan bitəndə biz hamımız o kitabları götürüb üzərində işləyirik. Vaxta da baxırıq ki, biz bunu bacarırıq, yoxsa yox", - deyə DİM sədri qeyd edib. 

Seçilən
10
50
unikal.az

10Mənbələr