AZ

Trampa sui-qəsdə cəhddə təqsirləndirilən şəxs ömürlük həbslə üzləşə bilər

BAKI, 28 aprel. TELEQRAF

ABŞ-də prezident Donald Trumpın iştirak etdiyi qəbul zamanı atəş açan Kol Tomas Allenə qarşı irəli sürülən ittihamlar çərçivəsində onu ömürlük həbs cəzası gözləyə bilər.

Teleqraf xəbər verir ki, ABŞ-nin ədliyyə naziri, baş prokuror vəzifəsini icra edən Todd Blanche mətbuat konfransında açıqlamasında deyib ki, Kolumbiya dairəsi üzrə federal məhkəmədə Allenə qarşı üç maddə üzrə ittiham irəli sürülüb.

Onun sözlərinə görə, əsas ittiham ABŞ prezidentinə qarşı qəsdən adam öldürməyə cəhddir və bu cinayətə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata görə, təqsirləndirilən şəxs tədbirin keçirilməsi planlaşdırılan hoteldə əvvəlcədən – aprelin 24-dən 26-dək qalmaq üçün otaq bron edib.

Baş prokuror əlavə edib ki, hüquq-mühafizə orqanları mümkün sui-qəsdin qarşısını uğurla alıblar və hər hansı uğursuzluqdan söhbət gedə bilməz.

Digər ittihamlar arasında ağır cinayət törətmək məqsədilə odlu silah və sursatın daşınması, həmçinin zorakı cinayət zamanı odlu silahdan istifadə də yer alır.

Məhkəmə Kol Tomas Allen barəsində həbs qətimkan tədbiri seçib, iş üzrə ilk dinləmə isə aprelin 30-na təyin olunub.

Seçilən
40
50
teleqraf.com

10Mənbələr