AZ

“Hakimlər qərəzlidir demək çox asandır”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hakimlər Departamentinin sədri Bəhruz Teymurov son vaxtlar hakimlərin ünvanına səslənən ittihamlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə CBC telekanalında yayımlanan “Bizim Futbol” verilişində danışıb.

B. Teymurov aparıcının hakimlərin qərəzli olması ilə bağlı sualını cavablandırarkən bu cür yanaşmaların əsassız olduğunu vurğulayıb:

“Hakimlər qərəzlidir demək çox asandır. Bu cür iddialar və fərziyyələrin arxasında sübut durmalıdır. Sübut yoxdursa, bu, ölkə futbolu üçün təhlükəlidir”.

Departament sədri qeyd edib ki, son zamanlar mediada yalnız iddialar üzərinə qurulan xəbərlərin paylaşılması narahatlıq doğurur. O, Hakimlər Komitəsinin kifayət qədər nüfuzlu şəxslərdən təşkil olunduğunu və medianın bu qurumun rəyinə hörmətlə yanaşmalı olduğunu bildirib.

B. Teymurov həmçinin əlavə edib ki, AFFA-nın əsas prioriteti hakimliyin tam prinsiplərinə əməl olunmasıdır:

“Tutduğumuz yol sırf obyektiv şərhlər vermək və ədaləti qorumaqdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
50
qafqazinfo.az

10Mənbələr