AZ

İraq şiələrinin Koordinasiya Şurası baş nazir postuna namizəd irəli sürüb

İraqın əksər şiə blokları və partiyalarının nümayəndələrini özündə birləşdirən Koordinasiya Şurası baş nazir postuna Əli əl-Zaidinin namizədliyini irəli sürüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İraq Prezidenti Nizar Amidi artıq yeni baş nazirə Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb. Hökumətin hazırkı başçısı Məhəmməd əs-Sudani və Koordinasiya Şurasının əvvəlki namizədi Nuri əl-Maliki bu postdan imtina edərək əl-Zaidinin namizədliyini dəstəkləyiblər.

Qeyd olunur ki, Əli Faleh Kazım əl-Zaidi hüquq, maliyyə, investisiyalar və təhsil sahələri üzrə ixtisaslaşıb. Onun idarəetmə yanaşması institusional islahatlara, iqtisadi inkişafa və gənclərin imkanlarının genişləndirilməsinə yönəlib. O, hüquq üzrə bakalavr, həmçinin maliyyə və bank işi üzrə magistr dərəcəsinə malikdir.

Seçilən
8
50
far.az

10Mənbələr