AZ

“Tənhalıq pandemiyası” yayıla BİLƏR - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə "ideal qadın" obrazları ilə tanınan bir çox məşhur profilin arxasında real insanlar yox, süni intellekt dayanır.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, belə nümunələrdən biri kimi təqdim edilən Emili Hart adlı influenserin əslində alqoritmlə yaradıldığı və Hindistanda idarə olunduğu ortaya çıxıb.

Buna baxmayaraq, onun paylaşımları minlərlə istifadəçi tərəfindən real insan kimi qəbul edilib.

Bu tendensiya getdikcə yayılır. Məsələn, açıq şəkildə "AI-influencer" kimi təqdim olunan Ana Zelu və ya virtual pop ulduzu Mila Sofiya kimi profillər yüz minlərlə izləyici toplayır. Onların paylaşımlarına yazılan şərhlər isə real insanlara ünvanlanmış sevgi və heyranlıq ifadələri ilə doludur.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət "tənhalıq pandemiyası"nın dərinləşməsinə səbəb ola bilər. Psixoloqların fikrincə, insanlar real münasibətlərdən daha asan və risksiz göründüyü üçün süni obrazlara yönəlir.

Eyni zamanda, ekspertlər qeyd edir ki, müasir texnologiyalar sayəsində süni və real məzmunu ayırd etmək getdikcə çətinləşir və bu da gələcəkdə daha ciddi sosial problemlərə yol aça bilər.

Seçilən
24
47
day.az

10Mənbələr