AZ

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər (FOTO)

Bakı.Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinəsəfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

Trend xəbər verirki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya vəArzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühümdini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tariximənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid HacıMəhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri HeydərƏliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscidkompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığıdövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmışmaddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcədə onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildənümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim” hədiyyəolunub.

Leyla
Leyla
Leyla
Leyla
Leyla
Leyla
Məqalədə:
Seçilən
6
50
az.trend.az

10Mənbələr