Mən Füzuli rayonundan qaçqın düşmüşəm. Prezident qaçqın və məcburi köçkünlərə böyük qayğı göstərdi, biz evlə təmin olunduq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xocavənd şəhərinə yola salınan keçmiş məcburi köçkün Klavia Yusifova səsləndirib.
“İndi isə öz doğma evimizə köçürük. Bu anı böyük həyəcanla gözləmişik. Çox şadam, artıq öz evimizdə yaşayacağıq”, - deyə o qeyd edib.
Keçmiş məcburi köçkün, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib, yaralı hərbçilərə şəfa, şəhidlərimizə isə rəhmət diləyib.