AZ

Tramp Melaniya haqqında zarafata görə Cimmi Kimmelin işdən çıxarılmasını tələb edib

ABŞ Prezidenti Disney və ABC-ni teleaparıcıya qarşı dərhal tədbir görməyə çağırıb...

ABŞ Prezidenti Donald Tramp teleaparıcı Cimmi Kimmelin birinci xanım Melaniya Tramp haqqında səsləndirdiyi zarafata sərt reaksiya verib.

Poliqon xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Tramp Disney və ABC telekanallarını Cimmi Kimmeli dərhal işdən çıxarmağa çağırıb.

Məlumata görə, Kimmel ABŞ liderinə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirilən hadisədən bir neçə gün əvvəl sketçində Melaniya Trampı “gələcək dul qadın” adlandırıb. Bu ifadə Ağ Ev Müxbirləri Assosiasiyasının Trampın iştirakı ilə keçirilən şam yeməyində baş verən atışmadan sonra geniş narazılıq doğurub.

Tramp açıqlamasında bildirib ki, çox sayda insanın Kimmelin “zorakılığa iyrənc çağırışı” kimi qiymətləndirdiyi sözlərə etiraz etməsini yüksək qiymətləndirir. Onun sözlərinə görə, adətən insanlar teleaparıcının ifadələrinə reaksiya verməsələr də, bu dəfə deyilənlər “əxlaq sərhədlərini aşır”.

ABŞ Prezidenti vurğulayıb ki, Disney və ABC Cimmi Kimmeli dərhal işdən azad etməlidir.

Poliqon.info

Seçilən
26
50
poliqon.info

10Mənbələr