AZ

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yeni qaydalar qəbul ediləcək

Bakı. Trend:

Vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı, onlarabaxılması, vətəndaş qəbulu prosedurlarının elektronlaşdırılmaprosesinin təkmilləşdiriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininvideokonfrans formatında keçirilən bugünkü iclasında müzakirəolunan “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, vətəndaşların yazılımüraciətlərində aşağıdakılar da göstəriləcək:

  • müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dairseçimi (elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumətİnformasiya Sistemi (EHİS) vasitəsilə);
  • müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisnaolmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi haldamüraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN),hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
  • müraciətin elektron ünvan vasitəsilə cavablandırılmasıistənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan.

Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internetinformasiya ehtiyatına daxil ediləcək, həmin subyektin və ya onunvəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİSüzərindən təqdim olunacaq.

Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onunvəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasındaelektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavabverilməklə baxılacaq.

Seçilən
30
17
az.trend.az

10Mənbələr