AZ

Məişət zorakılığında rekord artım

Yazını böyüt
Yazını kiçilt

Rusiyada son illərdə məişət zorakılığı hadisələrində ən yüksək artım qeydə alınıb. Qadınlar üçün ölkə miqyasında dəstək qaynar xəttinin məlumatlarına görə, 2025-ci ildə təxminən 24 min müraciət daxil olub. Bu rəqəm il ərzində 40 faiz artaraq pandemiyadan bəri ən yüksək səviyyəyə çatıb.

Hafta.az yazır ki, müraciətlərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Rostov vilayəti, Krasnodar, Başqırdıstan, Nijni Novqorod, Sverdlovsk və Novosibirsk vilayətlərindən gəlib.

Qaynar xəttə ən çox müraciət 30-40 yaşlı qadınlardan daxil olub ki, onların da əksəriyyəti analardır. Təhlillərə görə, müraciət edənlərin 70 faizdən çoxu müntəzəm zorakılığa məruz qalır. Hər beş hadisədən birində zorakılıq 10 ildən çoxdur ki, davam edir.

Qadınların 80 faizi fiziki zorakılığa məruz qaldığını, hər iki qadından biri isə xəsarət aldığını bildirib. Hər səkkiz qadından biri təqib və təcavüzə məruz qalıb. Cinayətkarların təxminən yarısı spirtli içki və ya maddə asılılığı barədə məlumat verib.

Buna baxmayaraq, qurbanların böyük əksəriyyəti dəstək mexanizmlərindən xəbərsizdir. Qadınların təxminən 80 faizi yardım təşkilatları haqqında məlumatsız olduğunu, 83 faizi isə polisə müraciət etmədiyini söyləyir.

Seçilən
8
26
hafta.az

10Mənbələr