AZ

Timoteuş Puxaç: “Hakimin qərarını haqlı hesab edirəm”

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 29-cu turunda keçirilən "Sabah" – "Karvan-Yevlax" matçından (2:0) sonra Masazır təmsilçisinin polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç "Apasport"un suallarını cavablandırıb.

– Oyunla bağlı fikirlərini bölüşərdin...

– Küləkli hava şəraiti oyuna mənfi təsir göstərirdi və topla oynamaq, ötürmə etmək olduqca çətin idi. Matçın keyfiyyəti yüksək olmasa da, bizim üçün əsas hədəf 3 xal qazanmaq idi və buna nail olduq.

– Qırmızı vərəqə epizodu haqqında fikriniz necədir? Komanda yoldaşına birbaşa "qırmızı" verilməsi ağır qərar olmadı?

– Hesab edirəm ki, qırmızı vərəqə qaydalara uyğun və ədalətli qərar idi. Rəqib oyunçu topa toxunsa da, ayağı yuxarıda qalmışdı və burulmuşdu, bu isə qayda pozuntusudur. Hakimin qərarını haqlı hesab edirəm.

– Bəs rəqibin qırmızı vərəqə almasından sonra say üstünlüyü işinizə yaradı?

– Şübhəsiz ki, 11 nəfərlə oynamaq daha asan olardı, lakin bizim komandada da qırmızı vərəqə olduğu üçün say bərabərliyi ilə davam etmək məcburiyyətində qaldıq.

– Qarşıdan "Zirə" ilə Azərbaycan Kubokunun final matçı gəlir. Bu barədə nə düşünürsən?

– Kubokun finalına hələ vaxt var, ona görə bu haqda danışmağın tez olduğunu düşünürəm. Hazırda bütün diqqətimizi "Şamaxı" ilə keçirəcəyimiz növbəti matça yönəltmişik və əsas hədəfimiz çempionat oyunlarıdır.

"Sabah" addım-addım çempionluğa doğru - YENİLƏNİB

Rəşad Sadıqov Cəfərquliyev haqda: "Qurban müəllim belə qərar veribsə..."

“Zirə” Tovuz səfərindən 1 xalla qayıdıb - YENİLƏNİB

“Sabah” - “Karvan-Yevlax”: HEYƏTLƏR

"Neftçi" - “Qarabağ" oyununun biletləri satışa çıxarılıb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
26
apasport.az

10Mənbələr