AZ

ABŞ-dən Müctəba Xameneinin taleyi ilə SON DƏQİQƏ açıqlaması

ABŞ administrasiyası İranın ali rəhbəri Müctəba Xameneinin sağ olduğu qənaətindədir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

Dövlət katibi müvafiq suala cavab olaraq deyib: "Bəli, əlimizdə buna dair sübutlar var. Təbii ki, İran tərəfi də bunu iddia edir. Bizim əlimizdə bunun əksini sübut edəcək hər hansı bir dəlil yoxdur".

Qeyd edək ki, aprelin əvvəlində "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadən İranın ali rəhbərinin müalicə aldığı və qərarların qəbulu prosesində iştirak etmədiyi barədə məlumat yayıb.

Musavat.com

Seçilən
28
50
musavat.com

10Mənbələr