AZ

Ebru Şahindən uşaq etirafı: Müəyyən təqvimimiz yoxdur

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Məşhur aktrisa Ebru Şahin son açıqlaması ilə maqazin mediasının gündəminə damğa vurub. Milli basketbolçu Cedi Osmanla evli olan ulduz, qatıldığı xeyriyyə tədbirində şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.Demokrat.az xəbər verir ki, "Bir Arzu Tut" dərnəyinin fəaliyyətindən danışan aktrisa uşaqları çox sevdiyini vurğulayıb. Jurnalistlərin "Övlad sahibi olmağı düşünürsünüzmü" sualına isə Şahin belə cavab verib:"Bu, bir az qismət işidir. Prosesi zamana buraxmaq lazımdır. Uşaqları çox sevirəm, amma öz övladımızın nə zaman olacağı barədə hazırda dəqiq bir şey deyə bilmərəm. Bu məsələ ilə bağlı müəyyən bir təqvimimiz yoxdur".Yunanıstana tez-tez getmələri və orada yatırım etmələri barədə gəzən şayiələrə də aydınlıq gətirən aktrisa, bunun sadəcə ailə ziyarətləri ilə bağlı olduğunu bildirib. Hazırda idmanla müntəzəm məşğul olduğunu deyən Ebru Şahin, atçılıq və tennisə xüsusi maraq göstərdiyini qeyd edib.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
28
demokrat.az

10Mənbələr