AZ

Maya Sandu: Rumıniya ilə birləşmə Aİ-yə üzvlüyü sürətləndirə bilər- ÖZƏL

Moldova Prezidenti Maya Sandu hesab edir ki, ölkəsinin Rumıniya ilə birləşməsi Avropa İttifaqına daha sürətli inteqrasiyanı təmin edə bilər. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Fransanın "Le Monde" nəşrinə müsahibəsində səsləndirib. Sandunun sözlərinə görə, belə bir addım Moldovanın Aİ-yə üzvlük prosesini sürətləndirə və ölkəyə əlavə imkanlar yarada bilər. Bununla yanaşı, o vurğulayıb ki, bu cür qərar yalnız vətəndaşların əksəriyyətinin razılığı ilə qəbul oluna bilər.
Moldova lideri alternativ variant kimi ölkənin Aİ-yə Dnestryanı regionsiz qoşulmasını da mümkün hesab etdiyini bildirib. Onun fikrincə, bu ssenari də müzakirə oluna biləcək variantlar sırasındadır.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan edən Moldova ilə Rumıniya arasında birləşmə ideyası zaman-zaman gündəmə gəlsə də, bu məsələ cəmiyyətdə birmənalı qarşılanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
50
olaylar.az

10Mənbələr