AZ

Ən təhlükəli xəstəliklər Qrip birinci yerdədir

ain.az bildirir, Saglamolun portalına istinadən.

XRONİKİ XƏSTƏLİKLƏR ÖLÜM RİSKİNİ ARTIRIR

Yaxın beş il üçün ən yüksək ölüm göstəricisinə səbəb olacaq xəstəliklər açıqlanıb. Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib ki, əsas risk qruplarına ürək-damar, onkoloji və endokrin xəstəliklər daxildir. Onun sözlərinə görə, bu üç istiqamət uzun illərdir ölüm statistikasında lider mövqeyini qoruyur.Mütəxəssis qeyd edib ki, infeksion xəstəliklər arasında isə qrip ön sırada qalır. Xüsusilə A və B ştammlarının davamlı dəyişməsi virusun təhlükəsini artırır. Qrip infeksiyası xroniki xəstəlikləri, xüsusilə ürək-damar problemlərini kəskinləşdirərək ağırlaşmalara səbəb ola bilər.Onişenkonun sözlərinə görə, son 20 ildə yüksək ölüm riski yaradan xəstəliklərin siyahısı demək olar dəyişməyib. COVID-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlər qripin yayılmasını qismən azaltsa da, bu virus hələ də ciddi təhlükə olaraq qalır.Ekspert əlavə edib ki, yeni infeksiyalar arasında meymunçiçəyi də insan populyasiyasında yayılmaqdadır. Bununla yanaşı, xolera pandemiyasının hələ də tam başa çatmadığı vurğulanır.Mənbə: TASS

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
saglamolun.az

5Mənbələr