AZ

Dünyada nüvə təhlükəsi Soyuq müharibədən bəri ən yüksək səviyyədədir - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi dünyada nüvə təhlükəsinin son onilliklərin ən kritik həddinə çatdığını açıqlayıb.

Far.Az xəbər verir ki, onun sözlərinə görə, hazırkı vəziyyət Soyuq müharibə dövründən bəri görünməmiş səviyyəyə yüksəlib. Qrossi bildirib ki, Avropa və Yaxın Şərqdə münaqişələrin yenidən alovlanması beynəlxalq təhlükəsizlik sisteminə ciddi təzyiq göstərir.

O, xüsusilə Nüvə silahlarının yayılmaması müqaviləsi-nin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qrossinin fikrincə, bu sənəd nüvə silahlarının yayılmasının qarşısını almaq üçün ən mühüm beynəlxalq mexanizmdir.

Qeyd edək ki, 1970-ci ildə qüvvəyə minən müqaviləyə 191 dövlət qoşulub. Lakin son illərdə bu rejim ciddi çətinliklərlə üzləşir. Şimali Koreya 2003-cü ildə müqavilədən çıxaraq nüvə silahı hazırlayıb. Hindistan, Pakistan və İsrail isə ümumiyyətlə sənədə qoşulmayıb.

Ekspertlər hesab edir ki, böyük dövlətlər arasında fikir ayrılıqları və uğursuz beynəlxalq danışıqlar qlobal nüvə təhlükəsizliyi sistemini zəiflədib.

Seçilən
9
8
far.az

10Mənbələr