AZ

"Trendyol" və "PAŞA Holding"dən region qızlarına yeni imkan: AI düşərgəsi təşkil olundu (VİDEO)

“Trendyol” və “PAŞA Holding”in dəstəyi ilə Gəncə və Mingəçevir şəhərlərində “Süni intellektlə yeni başlanğıc” - qızlar üçün 2 günlük AI düşərgəsi təşkil olunub. 

Sitat.info  xəbər verir ki, proqram regionlarda yaşayan 18-25 yaş arası gənc qadınların praktiki süni intellekt savadlılığı, prompt mühəndisliyi bacarıqları və AI-nin təhsil, karyera inkişafı və gəlir əldə etmə sahələrində real tətbiqləri ilə gücləndirməyi hədəfləyir. 

Təşəbbüsə tələbələr, yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilən 80 iştirakçı (hər region üzrə 40 nəfər) cəlb olunub. Rəqəmsal dünyada gender bərabərliyini təşviq etmək, qadınların texnologiyaya çıxış imkanlarını genişləndirmək, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və gələcək əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək vermək qarşıya məqsəd qoyulub. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Sitat.info

@sitat.info Trendyol və Paşa Holdinq qızlar üçün təlim keçirdi #trendyol #pashaholding #fyp #xeberler #təcili ♬ orijinal səs - Sitat.info xəbər portalı
Seçilən
16
50
sitat.info

10Mənbələr