AZ

TƏCİLİ: Rusiyanın strateji obyektləri VURULDU - Uçuşlar DAYANDIRILDI - TV Musavat - Canlı debat

Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov Azərbaycanın Ukrayna ilə bağlı mümkün üçtərəfli danışıqlar üçün uyğun platforma olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə “Gazeta.ru”ya açıqlamasında danışıb.

Deputatın sözlərinə görə, Azərbaycan belə görüşlər üçün “layiqli məkan” sayıla bilər, lakin hazırda əsas məsələ görüşün keçirilmə yeri deyil, onun konkret məqsədidir. Juravlyov qeyd edib ki, tərəflər arasında müzakirə olunacaq real sənədlər və razılaşmalar mövcud deyil.

O əlavə edib ki, Ukrayna ilə Rusiya arasında mövqelər kəskin şəkildə fərqlənir və diplomatlar hələlik ortaq məxrəcə gələ bilmirlər.

Aleksey Juravlyovun fikrincə, hazırda danışıqlar faktiki olaraq cəbhə xəttində gedir.

Qeyd edək ki, aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana səfərində Rusiya və ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edib. Bundan bir gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy ABŞ nümayəndə heyətinin Kiyevə səfərə hazır olması ilə bağlı siqnallar aldıqlarını açıqlayıb və yaxın ayları atəşkəs üçün “imkan pəncərəsi” adlandırıb.

Eyni zamanda “The New York Times” nəşri ABŞ prezidentinin xüsusi nümayəndəsi və iş adamı Stiven Uitkoff ilə Cared Kuşnerin Moskvaya mümkün səfəri barədə məlumat yayıb. Kreml sözçüsü Dmitri Peskov isə belə təmasların “tələb olunduğunu” bildirib.

Bununla paralel, Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevlə Zelenskinin münasibətlərinə qıcıqla yanaşdığını və bu yaxınlaşmaya görə Azərbaycandan qisas alacağı gözlənilir. Əslində nə gözlənilir? Belə bir real təhlükə varmı?

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks baş nazir Pənah Hüseyn və tanınmış jurnalist Taleh Şahsuvarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
5
1
musavat.com

10Mənbələr