AZ

“Tramp İranın təklifini bəyənmədi” ABŞ mətbuatı yazdı

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazı yenidən açılması və müharibənin dayandırılması ilə bağlı Vaşinqtona təqdim etdiyi son təklifi bəyənmədiyi iddia olunur. 

"Cebheinfo.az"-ın xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatının hökumət mənbələrinə istinadən yaydığı məlumatda belə deyilir. Tramp İranın təklifində Tehranın nüvə proqramı ilə bağlı məsələlərin yer almamasından narazı qalıb. 

Xəbərdə adı açıqlanmayan bir rəsmiyə istinadən bildirilib ki, təklif onun xoşuna gəlməyib. Məlumata əsasən, İran nüvə proqramı ilə bağlı danışıqların gələcək tarixdə aparılması şərti ilə Hörmüz boğazının yenidən açılması və müharibənin başa çatdırılması üçün ABŞ-yə yeni təklif göndərib. 

Ağ Evin sözçüsü Karolin Livit yeni təklifi təsdiqləyərək bildirib ki, Tramp İranın təklifini özünün yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri ilə müzakirə edib. Livit açıqlamasında, "Prezidentin bu səhər milli təhlükəsizlik komandası ilə görüş keçirdiyini təsdiqləyə bilərəm. 

İclas hələ də davam edir və ya artıq başa çatmış ola bilər. Təklif müzakirə olunurdu. Prezidentin İranla bağlı qırmızı xətləri çox aydın şəkildə müəyyən edilib”, - deyə qeyd edib. 

O, ABŞ-nin blokadanı aradan qaldırması qarşılığında Hörmüz boğazının yenidən açılması ilə bağlı İranın təklifinə belə münasibət bildirib: 

“Bunu dəyərləndirdiklərini deyə bilmərəm. Sadəcə müzakirənin getdiyini söyləyə bilərəm”. 

Əfsanə 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
49
cebheinfo.az

10Mənbələr